"Çelsi" klubunda Entso Fernandesin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Offsideplus.az xəbər verir ki, cəmi bir həftə əvvəl PSJ-nin argentinalı yarımmüdafiəçini transfer etmək istəyi ilə bağlı xəbərlər yayılmışdı. İndi isə futbolçunun vətənindən gələn yeni iddialar yayda komandadan ayrılma ehtimalının getdikcə artdığını göstərir.

Xəbərdə bildirilir ki, "Çelsi"nin Çempionlar Liqasında PSJ-yə məğlub olma forması narahatlıq doğurur və əgər komandanın mövsümü müsbət notlarla bitməsə, onu itirmək riski daha da artacaq. Futbolçunun özü də vəziyyəti sakitləşdirmək üçün heç bir addım atmayıb.

"ESPN Argentina"ya komandada qalacağına zəmanət verib-verməyəcəyi ilə bağlı danışan Fernandes belə deyib: "Bilmirəm. Qarşıda səkkiz oyun və İngiltərə Kuboku var. Dünya Çempionatı gəlir, sonra görərik".