"Qalatasaray" klubu UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət edib.
Offsideplus.az "HT Spor"a istinadən xəbər verir ki, bu, komandanın İngiltərədə "Liverpul"a uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (0:4) sonra baş verib.
“Qalatasaray”ın baş katibi Eray Yazgan Noa Lanqın ağır zədə alması ilə bağlı bu addımı atdıqlarını bildirib.
Qeyd edək ki, Noa Lanq “Liverpul”la matçda ağır zədə alıb. Futbolçunun barmağı reklam lövhəsindəki polad dəliyə ilişərək kəsilib.


