“Mançester Yunayted” “Nyukasl”ın futbolçusu Bruno Gimaraişi ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

"Qırmızı şeytanlar"ın yarımmüdafiəçi üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilir. Hazırda tərəflər arasında danışıqlara başlanılıb.

Qeyd edək ki,  28 yaşlı Bruno mövsüm ərzində 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.