"Real"ın baş məşqçisi Alvaro Arbeloa Kilian Mbappe barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis fransız ulduzun "Atletiko"ya qarşı oyunu buraxmasının səbəbini açıqlayıb: 

"Mbappe niyə ehtiyat heyətdədir? O, 3 həftəlik sıradan çıxmışdı. Bu, irəliləyişdir. Risk etməmək lazımdır. Ümid edirik ki, o, Fransa milli komandasında dəqiqələr qazanacaq və 100% formada qayıdacaq".

Qeyd edək ki, Madrid derbisində "Real" "Atletiko"nu 3:2 hesabı ilə məğlub edib.