"Atalanta" - "Verona" matçı ev sahibi komandanın yarımmüdafiəçisi Marten de Ron üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, o, Berqamo təmsilçisinin heyətində 436-cı matçını keçirib və klub tarixinin ən çox oyuna çıxan futbolçusu olub.

Niderlandlı futbolçu Canpaolo Bellini keçərək bunu bacarıb.

De Ron 2015-ci ildən "Atalanta"nın üzvüdür. O, 436 oyunda 23 qol vurub.