Fransa yığmasının sabiq üzvü Dimitri Payet karyerasını başa vurur.
Offsideplus.az xəbər verir ki, o, bu barədə qərarını özü açıqlayıb.
Payet son olaraq Braziliyanın "Vasko da Qama" klubunda çıxış edib.
Onun karyerasının böyük hissəsi "Marsel"də keçib.
O, burada 326 oyuna çıxıb və 78 qola imza atıb.
Fransa yığmasında 38 oyuna 8 qol vurmağı bacarıb. O, Avro 2016-da komandanın əsas üzvlərindən biri idi.


