"Sevilya" klubu baş məşqçi Matias Almeyda ilə yolları ayırmağı düşünür.

Offsideplus.az xəbər verir ki, rəhbərlik sonuncu turdakı "Valensiya"ya məğlubiyyətdən sonra bu qərarı verib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentinalı mütəxəssis ötən ilin yayından İspaniya klubunu çalışdırırdı.

"Sevilya" 31 xalla hazırda La Liqa 15-ci yerdədir.