Zinəddin Zidan Fransa milli komandasının yeni baş məşqçisi olacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

O, DÇ-2026-dan sonra Didye Deşamı əvəz edəcək.

Qeyd edək ki, Zidan 2021-ci ildən bəri heç bir yerdə çalışmayıb. Onun baş məşqçilik karyerası yalnız "Real Madrid"lə bağlıdır.