Federiko Kyeza İtaliya millisinin heyətindən uzaqlaşdırılıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. "Liverpul"un 28 yaşlı futbolçusu tibbi müayinələrdən keçib. Müayinələr əsasında onun formada olmadığı ortaya çıxıb. 

Nəticədə futbolçu millinin düşərgəsindən kənarlaşdırılıb. 

Klub ilə əldə edilən razılıqdan sonra Kyeza düşərgəni tərk edib və onu "Bolonya"nın hücumçusu Kambiaci əvəzləyib.