İspaniya La Liqasında növbəti "El-Klasiko"nun saatı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, XXXV tur çərçivəsində mayın 10-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun "Barselona"nın stadionu "Kamp Nou"da keçiriləcək. 

Qeyd edək ki, mövsümün ilk "Real Madrid" - "Barselona" qarşılaşmasında Madrid təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.