"Fənərbağça" yeni mövsüm öncəsi transfer strategiyasını müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi heyəti gücləndirmək üçün 4 əsas mövqeyə mütləq transfer etməyi planlaşdırır. Klub rəhbərliyi xüsusilə müdafiə və hücum xəttində ciddi addımlar atmağa hazırlaşır.
Məlumata görə, "Fənərbağça" aşağıdakı mövqelər üzrə oyunçu axtarışındadır:
- Sol mərkəz müdafiəçisi
- Sol cinah müdafiəçisi
- Cinah hücumçusu
- Ulduz hücumçu
Qeyd olunur ki, klub rəhbərliyi yeni mövsümdə həm daxili çempionatda, həm də Avropa yarışlarında daha iddialı olmaq üçün geniş və keyfiyyətli heyət qurmaq niyyətindədir.


