Braziliyalı futbolçu Vaqner Lav karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, hücumçunun son klubu "Retro" olub. O, Braziliyanın "Flamenqo", "Palmeyras", "Korintians", Rusiyanın SSKA, Fransanın "Monako", Türkiyənin "Alanyaspor" və "Beşiktaş" klublarında çıxış edib.
Vaqnar Lav karyerası ərzində 2 dəfə Kopa Amerika çempionu olub, UEFA Kubokunu, 4 dəfə Rusiya Premyer Liqasını, 6 dəfə Rusiya Kubokunu və 4 dəfə Rusiya Super Kubokunu, Braziliya Seria A və bir çox çempionluqları qazanıb.


