Memfis Depay 6 oyunluq cəzalana bilər.

Offsideplus.az xəbər verir ki, "Korintians" - "Flamenqo" matçının gedişində ehtiyat skamyasında telefondan istifadə edən futbolçu cəzalandırıla bilər. UOL nəşrinin yaydığı məlumata görə, niderlandlı oyunçu 6 oyunluq cəza ilə qarşı-qarşıyadır. 

Qeyd edək ki, ötən gecə zədələnən Memphis Depay 1 aylıq müddətə sıradan çıxıb. O, Niderland millisinin heyətində yer almayacaq.