PSJ rəhbərliyi yay transfer pəncərəsində "Barselona"nın ulduzu Lamin Yamalı almaq üçün 350 milyon avro dəyərində rekord təklif etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, PSJ bu transferlə tarix yazmaq və gənc ispanı yeni layihəsinin lideri etmək niyyətindədir. Bu məbləğ, 2017-ci ildə Neymar üçün ödənilən 222 milyon avroluq rekordunu xeyli üstələyəcək.

Lamin Yamal hazırda 18 yaşındadır və bu mövsüm "Barselona" üçün müstəsna performans göstərir. O, klubda əvəzolunmaz oyunçu hesab olunur və müqaviləsi 2031-ci ilin yayına qədərdir.

"Barselona" rəhbərliyi isə gənc ulduzlarını satmaq istəmədiyini dəfələrlə vurğulayıb. Əvvəllər də PSJ-nin Lamin Yamal üçün 250 milyon avroluq təklifi rədd edilmişdi.