2026 Dünya Kuboku üçün şok viza qaydası: Beş Afrika ölkəsinin azarkeşləri ABŞ-yə getmək üçün 15 min dollar zəmanət ödəməli olacaq.
Offsideplus.az xəbər verir ki, ABŞ Dövlət Departamenti 2026-cı ildə keçiriləcək Dünya Kuboku ərəfəsində viza siyasətini sərtləşdirib. Turist vizası (B1/B2) almaq istəyən vətəndaşlardan 15 min dollara qədər geri qaytarılan zəmanət (bond) tələb olunacaq.
Bu qayda aşağıdakı beş ölkəyə aid edilir:
- Əlcəzair
- Kabo Verde
- Seneqal
- Tunis
- Fil Dişi Sahili
Bu ölkələrin vətəndaşları viza müsahibəsində konsulun qərarı ilə 5 min, 10 min və ya 15 min dollar arasında zəmanət ödəməli olacaq. Pul vizanın şərtlərinə əməl olunsa və ya ərizə rədd edilsə, geri qaytarılacaq.
ABŞ rəsmiləri bu tədbiri vizanı “həddindən artıq qalma” riski yüksək olan ölkələrə qarşı tətbiq etdiklərini bildirir. Hazırda bu proqram 50 ölkəni əhatə edir və əksəriyyəti Afrika dövlətləridir.
2026 Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçiriləcəyi üçün bu qayda həmin ölkələrin azarkeşlərinin səyahətini ciddi çətinləşdirə bilər.


