Braziliya millisinin üzvü Vinisius Junior Neymarın Dünya Kuboku heyətinə düşüb-düşməyəcəyi ilə bağlı suallara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, son mövsümlərdə həm özünün, həm də Rafinyanın yüksək səviyyədə çıxış etdiyini vurğulayıb, Kazemironun isə təcrübəsinə görə xüsusi qeyd olunmalı futbolçu olduğunu deyib.
Vinisius Junior bildirib ki, Neymar üzərindəki təzyiq normaldır:
“Obyektiv ola bilmərəm, çünki Ney mənim kumirlərimdən biridir. O, milliyə qayıtmaq üçün 100% hazır olmaq üçün əlindən gələni edir. Qərar baş məşqçidən asılıdır, amma biz futbolçular həmişə ən yaxşılarla oynamaq istəyirik.”


