DÇ-2026-nın seçmə mərhələsinin Rumıniya ilə pley-off matçından öncə Türkiyə millisinin heyətində dəyişiklik edilib.

Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, 6 futbolçu heyətdən kənarlaşdırılıb.

Muhammed Şengezer, Ahmetcan Kaplan, Merih Demiral, Zeki Çelik, Mustafa Eskihellaç ve Semih Kılıçsoyın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Türkiyə - Rumıniya oyunu bu gün keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.