Bu gün UEFA Millətlər Liqasında C və D Divizionlarının son 2 iştirakçısını müəyyənləşdirmək məqsədilə ilk pley-off oyunları baş tutacaq.
Offsideplus.az xəbər verir ki, Latviya yığması Cəbəllütariqlə, Lüksemburq millisi isə Malta ilə qarşılaşacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçları martın 31-də keçiriləcək.
Qeyd edək ki, bu cütlərin qalibi yeni mövsümdən C Liqasında, məğlubu isə D Liqasında mübarizə aparacaq.


