Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Çelsi”nin yarımmüdafiəçi Entso Fernandesi heyətinə cəlb etmək istəyir.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, futbolçu özü də bu keçiddə maraqlıdır.

“Çelsi” isə argentinalı futbolçunu komandada saxlamaq niyyətindədir.

 Yarımmüdafiəçinin İngiltərə təmsilçisi ilə müqaviləsi 2032-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Fernandes bu mövsüm “Çelsi”nin heyətində çıxdığı 46 oyunda 12 qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb.