İcarə əsasında “Barselona”da çıxış edən Markus Reşford "Mançester Yunayted"ə geri qayıda bilər.
Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, İspaniya təmsilçisi hücumçunun 30 milyon avroya transfer seçimini aktivləşdirməsə, futbolçu geri dönməli olacaq.
Reşfordun “Mançester Yunayted”lə müqavilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.


