2027-ci ildə təşkil olunacaq Asiya Kubokunun final mərhələsinin püşkatma mərasimi təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası (AFC) rəsmi açıqlama yayıb.
Aprelin 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutması gözlənilən tədbir təhlükəsizlik amilləri səbəbindən təxirə düşüb.
Qeyd edək ki, turnirin 7 yanvar - 5 fevral tarixlərində Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulub.


