İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi adına namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. 

Fabian Hürzeler (“Brayton”), Mikel Arteta (“Arsenal”), Rejis Le Bris (“Sanderlend”), Eddi Hau (“Nyukasl”) və Devid Moyes (“Everton”) mükafata iddialıdır. 

Qeyd edək ki, 70 xalı olan “Arsenal” Premyer Liqanın turnir cədvəlinə liderlik edir.