Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off mərhələsində mübarizə aparacaq bütün komandalar bəllidir.

Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovina, Çexiya, Türkiyə, Kosovo, İtaliya, İsveç, Polşa və Danimarka yığmaları finala yüksəlib. 

Avropa zonası üzrə pley-off finalları martın 31-də baş tutacaq. Bu matçların nəticələrinə əsasən, daha 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək.