Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununu keçirəcək. 

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.


“FIFA Series – 2026”

27 mart

21:00. Azərbaycan - Sent Lüsiya 

Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (Gürcüstan)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu