DÇ-2026-nın Avropa zonası üzrə pley-off finalına yüksələn Kosovo milli komandası finalda Türkiyə millisini qəbul edəcək.  

Offsideplus.az xəbər verir ki, Kosovonun baş naziri Albin Kurti milli komandasının Dünya Kubokuna vəsiqə qazanacağı təqdirdə oyunçulara və məşqçi heyətinə 1 milyon avro bonus verəcəyini açıqlayıb.

Matç martın 31-də Priştinada keçiriləcək. Bu görüşün qalibi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, dünən keçirilən “pley-off”un yarımfinalında Kosovo səfərdə Slovakiyaya 4:3 hesabı ilə qalib gəlib.