"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına qayıdıb.
Offsideplus.az xəbər verir ki, bu barədə hücumçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.
41 yaşlı futbolçu foto paylaşaraq artıq klubun bazasında olduğunu bildirib. O, geri qayıtdığına şad olduğunu vurğulayıb.
Qeyd edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında "Əl-Faiha"ya qarşı oyunda zədələndiyi üçün müalicə məqsədilə İspaniyaya getmişdi.


