"Mançester Siti" Rodri ilə yolları ayırmaq istəmir.
Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, klub yayda yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar aparmaq niyyətindədir.
Hazırda Rodrinin “Real”a keçidi gündəmdədir.
Futbolçunun “şəhərlilər”lə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Rodri bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda 1 dəfə fərqlənib.


