Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Yonas Urbiq zədələnib.
Offsideplus.az xəbər verir ki, bu barədə Münhen təmsilçisi məlumat yayıb.
22 yaşlı futbolçu yığmanın düşərgəsində sağ dizindən xəsarət alıb. O, artıq milli komandanın düşərgəsini tərk edib.
Qolkiper bu gün İsveçrə və martın 30-da Qana ilə yoldaşlıq matçlarında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Yonas Urbiq cari mövsüm "Bavariya"nın heyətində 14 oyunda meydanda olub.


