"Milan"ın futbolçusu Ruben Loftus-Çik zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu artıq komanda ilə məşqlərə start verib.
A Seriyasında "Parma" ilə oyunda zədələnən oyunçunun sağalma prosesi planlaşdırıldığından daha sürətli keçib.
Qeyd edək ki, bu mövsüm 27 oyunda iştirak edən Ruben 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


