“İnter” klubu yarımmüdafiəçi Henrix Mxitaryan ilə müqavilənin uzadılması üzrə danışıqları dayandırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Qeyd edək ki, 37 yaşlı erməni futbolçunun “İnter”lə  mövcud müqaviləsinin müddəti iyun ayında başa çatacaq.