"Qələbəni asanlıqla qazanmadıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Gennaro Qattuzo deyib.
Mütəxəssis DÇ-2026-nın pley-off mərhələsində Şimali İrlandiya üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib:
“Rəqib ötürmələri ilə bizi təəccübləndirdi. Fikrimcə, daha yaxşı oynaya bilərdik. Çox ləng idik. Fasilədən sonra topu daha sürətli davranmağa başladıq. Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. Hazırlaşdığımız kimi oynamadıq, ancaq yaxşı çıxış etdik”.
Qeyd edək ki, İtaliya millisi pley-off-un finalında Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Qarşılaşma martın 31-də keçiriləcək.


