Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması üzərində 6:1 hesablı qələbəsi tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri milli komanda tarixinin ən böyükhesablı qalibiyyətinnə imza atıb.
Yığmamız 1999 və 2017-ci illərdəki rekordunu yeniləyib. Milli komanda buna qədər ən böyükhesablı qələbələrini AÇ-2000-in seçmə mərhələsində Lixtenşteyn (4:0) və DÇ-2018-in seçmə mərhələsində San Marino (5:1) üzərində əldə etmişdi.
Bundan başqa, milli komandamız tarixində ilk dəfə bir oyunda 5-dən çox qol vurub.


