"Atletiko" futbolçusu Xulian Alvaresin müqaviləsini yaxşılaşdırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, klub rəhbərliyi argentinalı futbolçunu komandada saxlamaq üçün ona daha yüksək maaş təklif etmək niyyətindədir.
26 yaşlı hücumçu hazırda ildə təxminən 7 milyon avro əməkhaqqı alır. Yeni müqavilədə bu rəqəmin 9+1 milyon avroya qədər artacağı gözlənilir.
Qeyd edək ki, "Barselona" və "Arsenal" Xulian Alvaresin xidmətində maraqlıdır.


