21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edib.

Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədədir.16 xalı olan Portuqaliya isə liderdir.