Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə üz-üzə gələcək.
Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız ilk görüşdə meydan sahibi Litvaya 0:4 hesabı ilə uduzub.


