Martın 29-u gecəsi keçiriləcək UFC Döyüş Gecəsindən öncə idmançıların rəsmi çəkiölçmə mərasimi baş tutub. 

Offsideplus.az xəbər verir ki, çəkiölçmə mərasimində Tofiq Musayev və İqnasio Bahamondes də iştirak edib. Hər iki idmançının çəkisi 155 lb - 70,3 kq. civarında olub. 

Yüngül Çəki: İqnasio Bahamondes (155 lb) vs Tofiq Musayev (155 lb) 

Qeyd edək ki, ilkin kartın son qarşılaşması çərçivəsində keçiriləcək döyüşlər Bakı vaxtı ilə 29 mart saat 01:00-dan etibarən baş tutacaq.

View this post on Instagram

A post shared by UFC Eurasia (@ufceurasia)