Braziliya – Fransa matçında hiss etdiyi narahatlıqdan sonra aparılan tibbi müayinələr nəticəsində Rafinyanın sağ bud nahiyəsində əzələ zədəsi aşkar edilib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu müalicəyə başlamaq üçün Barselonaya qayıdacaq. Onun təxmini bərpa müddəti beş həftədir.

Rafinya "Atletiko" ilə Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsindəki matçlarda "Barselona"ya kömək edə bilməyəcək.

O, cari mövsüm 31 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.