Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya komandasını 6:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra "CBC Sport"a fleş müsahibəsində Ayxan Abbasov qələbəni şərh edib:
"İlk öncə bu yağışlı havada bizi tək qoymayan azakkeşlərə təşəkkür edirəm. İlk oyunumuz idi. Haraya hazırlışdığımızı bilirik. Oyundan-oyuna komanda daha yaxşı olmalıdır. Təlim-məşqlər bizim üçün vacibdir. Hava və meydançanın vəziyyəti ağır oldu. Futbolçular əllərindən gələni etməyə çalışırdılar. İki hissədə fərqli heyətlərlə oynadıq. İkinci oyuna qədər bərpa olub, qalib gəlməyə çalışacağıq. Belə oyunlarda futbolçulara inam qayıdır, qol vurmaq istəyirlər. Güclü rəqiblərlə oyunda da bu istəyimizi göstərirdik. Futbolçularım təlim-məşq toplanışına həvəsli gəliblər. Çempionatda da maraqlı yerdəyik, gərgin oyunlar gedir və oyunçular yaxşı formadadırlar".
Mütəxəssis Syerra Leoneyə qarşı martın 30-da baş tutacaq oyun barədə bu sözləri deyib:
"Fərqli rəqibdir. Sent Lüsiyada daha yaxşı komandadırlar. Bizim üçün hər rəqib önəmlidir, çünki qarşımızda məqsəd var. Rəqiblər nə qədər güclü olsa, sınaqlar o qədər nəticə verə bilər".


