"Bu qələbə bizə çox inam verəcək". 

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının üzvü Elvin Cəfərquliyev Sent Lüsiyaya qarşı oyundan sonra deyib. O, 6:1 hesabı ilə başa çatan oyundakı nəticənin gözlənilməz olduğunu bildirib: 

"Rəqibi analiz etmişdik, hansı oyun üslubunda oynadıqlarını bilirdik. 6:1 hesabını o qədər də gözləmirdik. Milli komandamız çox yaxşı çıxış etdi. Azarkeşləri də, uşaqları da təbrik edirəm".

Geniş videonu təqdim edirik: