"Bavariya"nın 18 yaşlı yarımmüdafiəçisi Lenart Karl Almaniya millisinin böyüklərdən ibarət komandasında İsveçrə ilə yoldaşlıq oyununda debüt edib.

Offsideplus.az xəbər verir ki, Karl ikinci hissənin 63-cü dəqiqəsində Leroy Saneni əvəzləyib.

Karl cari mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 33 oyun keçirib, səkkiz qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, matç qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.