F1 Yaponiya Qran-Prisində sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, pilotu Kimi Antonelli 1:28:778 nəticə ilə hamıdan sürətli olub. O, sabah baş tutacaq yarışa ilk yerdən start verəcək. İkinci yerdə italyan pilotun komanda yoldaşı Corc Rassel, üçüncü yerdə "Maklaren" pilotu Oskar Piastri qərarlaşıb.
"Red Bull" pilotu Maks Verstappen 3-cü sıralama mərhələsinə keçə bilməyib və sabah yarışa 11-ci yerdən başlayacaq.
1. Kimi Antonelli ("Mersedes")
2. Corc Rassel ("Mersedes")
3. Oskar Piastri ("Maklaren")
4. Şarl Lekler ("Ferrari")
5. Lando Norris ("Maklaren")
6. Lüis Hemilton ("Ferrari")
7. Pyer Qasli ("Alpin")
8. Ayzek Hacar ("Red Bull")
9. Qabriel Bortoleto ("Audi")
10. Arvid Lindblad ("Reysinq Bulls")
Qeyd edək ki, əsas yarış 29 mart Bakı vaxtı ilə saat 09:00-da start götürəcək.


