“Komandamız hazırda ən yaxşı formadadır”.
Offsideplus.az xəbər verir ki, bunu "Quba"nın ABŞ-dən olan basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə müsahibəsində deyib. O, Azərbaycan Basketbol Liqasının yaxşı səviyyədə olduğunu vurğulayıb: “Xüsusilə "Sabah"a qarşı oynamaq fürsətindən zövq aldım. Onlar çox yaxşı komandadır və əvvəlki mövsümdə liqanı qazanan komandaya qarşı oynamaq həmişə maraqlıdır. Ümid edirəm ki, pley-offda onlarla yenidən oynaya biləcəyik", - deyə müdafiəçi bildirib.
Rayt müntəzəm mövsümün son turunda "Naxçıvan"la keçirəcəkləri oyun haqqında da danışıb:
"Naxçıvan" çox güclü komandadır. Onlarla hər oyun çətin keçir. Bu dəfə də belə olacağını düşünürəm. Amma komanda şəklində güclü oynasaq, inanıram ki, qələbə qazanacağıq".
28 yaşlı basketbolçu "Quba"nın cari mövsümdə çıxışını dəyərləndirib:
"Daha yaxşı çıxış edə bilərdik. Amma buna mane olan səbəblər var. Zədəlilər və komandadan ayrılanlar oldu. Biz pley-off görüşlərinə hazırıq".


