"Qarabağ" klubu xanım azarkeşləri üçün növbəti dəfə təqdirəlayiq addım atıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək vacib oyun öncəsi xüsusi qərar qəbul edib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, "Sabah" ilə baş tutacaq ev qarşılaşmasında xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.

Klub rəhbərliyi bu təşəbbüslə yarımfinalın həlledici matçında daha çox xanım azarkeşin tribunada yer almasını və komandaya dəstək olmasını hədəfləyir.

Qeyd edək ki, "Qarabağ" – "Sabah" qarşılaşması aprelin 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.