AFFA-nın nümayəndələri Rusiya Futbol İttifaqının təşkil etdiyi seminarda iştirak ediblər.
Offsideplus.az xəbər verir ki, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova və Futbolda Sosial Layihələr üzrə menecer Zəhra Vəlizadə Rusiyaya yollanıb. Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət mövzusuna həsr edilmiş seminarlar gün davam edib.
Moskvada təşkil edilən tədbirdə Rusiya futbol klublarının nümayəndələri, həmçinin Qazaxıstan və Belarusdan olan həmkarlar iştirak ediblər. Seminarın əsas məqsədi futbolda dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində təcrübə mübadiləsi aparmaq, mövcud təşəbbüsləri müzakirə etmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.
Seminar çərçivəsində AFFA nümayəndələri tərəfindən assosiasiyanın həyata keçirdiyi sosial və inklüziv layihələrə dair təqdimat edilib.


