Futbol üzrə Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Syerra Leone yığmasını penaltilər seriyasında məğlub edərək turnirin qalibi olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev "CBC Sport"a fleş müsahibə verib: 

"Hər kəsi təbrik edirəm. Qələbəni kiçiltmək lazım deyil. Uşaqlar hər iki oyunda yaxşı mübarizə apardı. Layiqli qələbə qazandıq. Hesabda geri düşməyimizə baxmayaraq axıra qədər mübarizə apardıq və penalti seriyasında qalib gəldik. Bizim üçün vacib nəticədir. Rəqiblər tanınmayan rəqiblərdir, deyilə bilər. Lakin yolun başlanğıcıdır. Bu, bizim FIFA turnirləri daxilində ilk kubokumuzdur, davamı gəlsin".