Azərbaycan II Liqasında 20-ci tur başa çatıb.

Offsideplus.az xəbər verir ki, qapanış matçında "Xankəndi" və "Kür-Araz" qarşı-qarşıya gəlib.

"Xankəndi" rəqibinə aman verməyib - 14:0.

Azərbaycan II Liqası

30 mart (bazar ertəsi)

14:00. “Xankəndi” – “Kür-Araz” - 14:0

Qollar: Bəhruz Teymurov, 18', 42', 66', Rauf Məhərrəmov, 21', Elvin Nəsibov, 34', 38', 43', Tural Qurbatov, 53', 57', Emin Quliyev, 60' (penalti), Mirmövsüm Caniyev, 69', 85', İlyas Səfərzadə, 75', Əli Mürsəlov, 87'.

Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:

"Şəki Siti” - “Dinamo” - 1:6

“Ağstafa Gəncləri” – “Quba” - 0:1

“Ağdaş” – “Araz Saatlı” - 0:0

“Şəmkir” – “Göygöl” - 0:0

“Qaradağ Lökbatan” – “Şirvan” - 7:3