2025/26 mövsümünün yekunlarına əsasən, II Liqada pley-off qarşılaşmasının keçirilməsi qərara alınıb.
Offsideplus.az xəbər verir ki, turnir cədvəlini 12-ci sırada tamamlayan "Araz Saatlı" və 10-cu yeri tutmasına rəğmən növbəti mövsüm üçün tələb olunan lisenziyanı ala bilməyən "Göygöl" çempionatı tərk edir.
Onların yerini Region Liqasında uğurla çıxış edərək II Liqa lisenziyası qazanan iki komanda dolduracaq. Belə ki, Region Liqasının çempionu "Zəngəzur" və finalçısı "Marafon" 2026/27 mövsümündə II Liqada oynamaq hüququ əldə edib.
Mövsümü 11-ci pillədə bitirən "Ağstafa Gəncləri" isə liqadakı yerini qorumaq üçün Region Liqasının bürünc mükafatçısı "Biləsuvar" ilə pley-off matçında üz-üzə gələcək.
Bu qarşılaşma mayın 29-da, Yevlax şəhər stadionunda baş tutacaq.


