Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
Offsideplus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda "Ağdaş" klubunun II Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməməsi ilə bağlı müraciətinə və təqdim etdiyi əlavə sənədlərə baxılıb.
Müzakirələrdən sonra Lisenziya Komissiyasının ilkin imtina qərarı dəyişdirilib və "Ağdaş" klubuna 2026/2027 mövsümündə II Liqada iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.


