İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Yaponiya ilə yoldaşlıq oyunu öncəsi bir neçə futbolçunun düşərgəni tərk etməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis zədə səbəbindən yaranan itkiləri mövsümünün sonundakı ağır iş yükünün qaçılmaz nəticəsi kimi qiymətləndirib:

Uruqvay ilə 1:1 hesablı heç-heçədən sonra "Arsenal"dan Bukayo Saka, Deklan Rays və Noni Madueke, həmçinin Aaron Ramsdeyl, Fikayo Tomori, Dominik Kalvert-Lyuin, Con Stouns və Adam Uarton müxtəlif zədələr səbəbindən düşərgədən ayrılıblar.

Tuxel jurnalistlərə açıqlamasında deyib: "Məyus deyiləm, çünki bu, mart ayının və mövsümün sonunun reallığıdır. Futbolçuların bir çoxu artıq ötən mövsümdəkindən daha çox dəqiqə meydanda olublar. Onların həm də psixoloji istirahətə ehtiyacı var idi. Zədəli oyunçulardan bəzilərinin müalicə üçün belə düşərgədə qalması komandadakı ruh yüksəkliyindən xəbər verir".

Qeyd edək ki, bu toplanış İngiltərə yığmasının Amerika səfəri öncəsi son hazırlıq mərhələsidir.