FIFA referisi Tural Qurbanov beynəlxalq arenada ilk dəfə baş hakim kimi məsuliyyətli təyinat alıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmyerlimiz 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus qarşılaşmasının əsas hakimi olacaq.

Meydanda Tural Qurbanova digər təmsilçimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun sonuncu görüşü martın 31-də Türkiyənin Antalya şəhərindəki Mardan İdman Kompleksinin stadionunda baş tutacaq.

Qeyd edək ki, Tural Qurbanov bu qrupun martın 25-də keçirilən Kosovo – Niderland (0:1) oyununda dördüncü hakim kimi fəaliyyət göstərmişdi.